Azərbaycan versiyası English version Española versión

Ali Evsen. Zaman və Tarix - 51.

   Nadir şəxsiyyətlər haqqında danışmaq hər zaman çətindir. Xüsusən də onları yaxından tanıyan insanlar üçün. Adətən insanlar haqlı olaraq fikirləşirlər ki, görkəmli şəxsiyyətin əsl qiymətini zaman və tarix özü verəcək. Lakin tarixin yaddaşı üçün son dərəcə vacibdir ki, belə şəxsiyyətlər haqqında onları yaxşı tanıyan insanlar öz fikirlərini söyləsinlər, öz düşüncələrini paylaşsınlar.
   Məhz buna görə Evsen Şirkətlər Qrupunun Prezidenti Ali Evsen haqqında bir neçə kəlmə söz söyləmək və onun doğum gününü təbrik etmək istərdik.
   Məlumdur ki, yeni əsr və üçüncü minillik yüksək risk düşüncəsi tələb edərək meydana yeni biznes liderləri bəxş edib. Ali Evsen məhz müasir dövrün biznes elitasının görkəmli simalarından biridir.
   Onun bir sıra xarakterik xüsusiyyətlərini vurğulamaq istərdik: yəqin ki, ilk növbədə vətənpərvərliyi, əlbəttə intellekt və peşəkarlığını, həmçinin inam və əzmkarlığını, ətrafına toparladığı kollektivin istedadına inamı, başladığı hər bir təşəbbüsə inamı və nəhayət qələbəyə inamı. Elə bunun səbəbidir ki, o qarşısına qoyduğu hər bir məqsədə, hər bir arzuya çata bilmişdir.
   Ali Evsenin bir kəlamını yada salmaq istərdik: Şirkətin ümumi toplantıları zamanı o daima vurğulayır ki, şirkət bir nəfərin mənafeyinə yox, hər kəsin mənafeyinə qulluq etməli və hər kəs bu şirkətin başında durmalı və onun adını uca tutmalı, inkişafı üçün vəzifə öhdəsindən gələni etməlidir.
   Ali Evsen barədə söhbət açanda deyirlər ki, o nə vaxt iş adamı olaraq böyük arenaya qədəm qoyub??? Bunu Ali Evsen haqqında dəqiq demək çətindir. İlk növbədə ona görə ki, bütün həyatı boyu o böyük addımlar atıb.
   90cı illərin ilk dövrü uğursuz illər və böyük tarixi sarsıntılarla dolu olan illər idi. Xüsusən də ölkənin iqtisadiyyatında böyük sarsıntılar var idi. Ali Evsenin yaratdığı istehsal və ticarət müəssisələri ölkənin iqtisadiyyatının inkşafında mühüm rol oynayır və özəl sektorun inkişafına yaradılan şərait bu işin həyata keçirilməsinə "yaşıl işıq" yandırmışdır.
   Ali Evsenin iş fəaliyyətinə başlayarkən məşhur bir bəyanatı xatırlatmaq istərdim: Hər bir insanın daşıdığı vəzifə və işindən asılı olmayaraq cəmiyyət qarşısında böyük bir məsuliyyəti var. Bu bəyanat digər iş adamları arasında bəzən çox qısqanclıqla qarşılanırdı. Sahibkarlıq fəaliyyəti çox fərqli bir sahədir. Hissiyata, cəsarətə arxalanmaqla, daima irəliyə can atmağa söykənən bir keyfiyyətdir. İş adamları da fərqlənir: asan yolla çox qazanmaq istəyənlər! Digərlərinə isə daimə uzunmüddətli layihələr keçirməklə, insanları işlə təmin etməklə onlara dolanışıq yaradan iş adamları aiddir.
   Məhz onun və rəhbərlik etdiyi şirkətdə işləyən minlərlə əməkdaşın gərgin, fasiləsiz əməyi nəticəsində səmərəli layihələr həyata keçirilmişdir. Ümumiyyətlə Azərbaycanın biznes mühitinə daxil olmuş bir çox yeniliklər məhz Ali Evsenin adı ilə bağlıdır.
   İlk baxışdan o çox təmkinli insan təəssüratını bağışlayır.Amma zaman tələb edəndə, məqamı çatanda o hər məsələni dərindən öyrənib və təhlil etməyi bacaran şəxsiyyətdir.
   Bu doğum günündə nə arzulamaq istərdik... Şübhəsiz ki, ilk növbədə can sağlığı, qüvvə və qüdrət. Arzu edirik ki, şirkətimizin gələcək inkişafına dair onun bütün fikirləri, arzuları, diləkləri həyata keçsin. Bir də ki, səbr. Əslində bu böyük bir arzudur... Amma biz inanırıq ki, bu yolda arzularımız da çin olacaq.